Quterreş: “BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var”

Quterreş: “BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var”

Hazırda oxunan: Quterreş: “BMT Təhlükəsizlik Şurasının islahatlara ehtiyacı var”

137125

BMT Təhlükəsizlik Şurasında və Bretton-Vuds institutlarında islahatların aparılmasının vaxtı çatıb və onları "bugünkü dünyanın reallıqlarına" uyğunlaşdırmaq lazımdır.

Bizim.Media xəbər verir ki, bunu BMT-nin baş katibi Antoniu Quterreş Xirosimada keçirilən G7 sammitindən sonra mətbuat konfransında deyib.

"Qlobal maliyyə arxitekturası köhnəlib, işləmir və ədalətsizdir", - deyə A.Quterreş bildirib. 

BMT baş katibinin sözlərinə görə, COVID-19 pandemiyası və Ukraynadakı münaqişənin yaratdığı “iqtisadi sarsıntılar qarşısında” qlobal maliyyə sistemi “qlobal sığorta şəbəkəsi kimi əsas funksiyasını yerinə yetirə bilməyib”.
Aprel ayında BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edən A.Quterreş bildirmişdi ki, BMT ölkələrinin əksəriyyəti Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bildirir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO