Putinin Qara dənizdəki gizli bunkeri - FOTO

Putinin Qara dənizdəki gizli bunkeri - FOTO

Hazırda oxunan: Putinin Qara dənizdəki gizli bunkeri - FOTO

136642

Rusiya prezidenti Vladimir Putinin Qara dəniz sahilindəki gizli bunkerinin görüntüləri ortaya çıxıb.

Bizim.Media xəbər verir  ki, bu barədə  ABŞ-ın "Business Insider" nəşri araşdırma aparıb.  

Belə ki, nəşr milyard dollarlıq yaşayış kompleksinin təfərrüatlarını paylaşaraq, iqamətgahda qəlyan salonu, şərab zirzəmisi, kilsə, buz və helikopter meydançası olduğunu yazıb.

Yayımlanan sənədlərdə lüks iqamətgahın altında gizli liftin olduğu və 50 metr aşağı enərək Qara dəniz sahilinə çıxışı təmin etdiyi bildirilib:

"Memarlıq təsvirlərinə görə, tunellər çox qalın betondan hazırlanır, təmiz su və hava ilə təmin edilir. Bunkerdə günlərlə, hətta aylarla sağ qalmaq mümkündür". 

Putinin iqamətgahının altındakı uzun tunellər 3D rəsmlərdə əks olunub.  Xəritə və çertyojlarda tunellərin uzunluğunun 40-60 metr olduğu bildirilərkən, eninin 6 metr olduğu da qeyd olunub.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO