"KQB"nin keçmiş zabiti: Putinin hörmət etdiyi iki nəfərdən biri Ərdoğandır

Hazırda oxunan: "KQB"nin keçmiş zabiti: Putinin hörmət etdiyi iki nəfərdən biri Ərdoğandır

136584

Keçmiş "KQB" və Rusiya Xarici Kəşfiyyat Xidmətinin zabiti Sergey Jirnov hesab edir ki, Rusiya prezidenti Vladimir Putin üçün dünya siyasətində cəmi iki lider var. Ekspertin fikrincə, Rusiya prezidentinin hörmət etdiyi nadir insanlardan biri də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğandır.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.

Onun sözlərinə görə, Putinin Ərdoğana hörməti 2015-ci ilin noyabrında Türkiyənin Rusiya qırıcısını vurması ilə ən yüksək həddə çatıb. Eyni zamanda, Jirnov hesab edir ki, Qərbdə elə bir adam yoxdur ki, Rusiya prezidenti ona xor baxmasın.
Keçmiş KQB zabiti əlavə edib ki, Putin Ərdoğandan başqa yalnız Si Cinpinqdən ehtiyat edir və ona hörmətlə yanaşır. 

Bununla belə, Kremlin rəhbəri Çin liderini daha çox qısqanır, çünki ÇXR əhalisi çox olan böyük ölkədir.

"Çin öz oyununu oynayan ölkədir və Putin üçün bu oyunu oynamaq olduqca çətindir", - Jirnov bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO