Gürcüstanda əməliyyatda saxlanılan İŞİD-çilər azərbaycanlılardır

Gürcüstanda əməliyyatda saxlanılan İŞİD-çilər azərbaycanlılardır

Hazırda oxunan: Gürcüstanda əməliyyatda saxlanılan İŞİD-çilər azərbaycanlılardır

136477

Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) İŞİD terror qruplaşmasına qarşı həyata keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılan şəxslər etnik azərbaycanlılardır.

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bu barədə saxlanılanların vəkili İoseb Natroşvili yerli mətbuata açıqlamasında bildirib. O, saxlanılanların ittiham edildikləri işin məxfi saxlanıldığını qeyd edib.

“Həbs olunanlardan dördünün hüquqlarını mən müdafiə edirəm. Hələlik onlarla görüşməmişəm, ona görə də məsələ ilə bağlı mövqelərini bilmirəm. Müstəntiqdən onlara qarşı ittihamların bu gün irəli sürüləcəyini öyrəndim. Ümumilikdə 7 nəfər həbs edilib. Onlardan 6-sı dünən, biri isə apreldə saxlanılıb. Apreldə saxlanılan Türkiyə vətəndaşıdır və Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin təcridxanasına yerləşdirilib. Dünən saxlanılan 6 nəfər isə Gürcüstan vətəndaşı olan etnik azərbaycanlıdır”, - vəkil deyib.

Qeyd edək ki, Gürcüstan DTX əməliyyat zamanı ələ keçirilən dəlillər əsasında xarici ölkələrin ərazilərində həyata keçirilmiş terror fəaliyyətlərinin müəyyən edildiyini və təhlükəni nəzərə alaraq əldə etdiyi informasiyanı sürətlə tərəfdaş ölkələrlə paylaşdığını açıqlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO