Gürcüstan Parlamentindən ölkədə yaşayan ruslara QADAĞA: Əmlakları… 

Gürcüstan Parlamentindən ölkədə yaşayan ruslara QADAĞA: Əmlakları… 

Hazırda oxunan: Gürcüstan Parlamentindən ölkədə yaşayan ruslara QADAĞA: Əmlakları… 

136159

Gürcüstan parlamentində “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi qeydiyyata alınıb. 

Bizim.Media xəbər verir ki, müvafiq qanun layihəsi 2024-cü il dekabrın 31-dək Rusiya vətəndaşlarına daşınmaz əmlakın satışına qadağa qoyulmasını nəzərdə tutur. 

Yeni qanun layihəsinə görə, 2024-cü ilin sonuna qədər Gürcüstanda yaşamaq icazəsi olmayan Rusiya vətəndaşlarının alqı-satqı müqaviləsi tərtib edərək və ya hədiyyə etməklə daşınmaz əmlak əldə etməsi qadağandır.  

Qeyd edilib ki, bu qadağa vəsiyyət əsasında əmlak alacaq Rusiya vətəndaşlarına şamil edilmir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO