Ərdoğan seçkilər BARƏDƏ: “Qalib Türkiyə demokratiyası və xalqı oldu” - FOTO  

Ərdoğan seçkilər BARƏDƏ: “Qalib Türkiyə demokratiyası və xalqı oldu” - FOTO  

Hazırda oxunan: Ərdoğan seçkilər BARƏDƏ: “Qalib Türkiyə demokratiyası və xalqı oldu” - FOTO  

136156

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də keçiriləcək prezident seçkiləri ilə bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, o, bu barədə paylaşımı rəsmi ”Twitter” hesabında edib. 

“Tariximizin ən yüksək iştiraklı seçkilərindən biri olan 14 may seçkiləri demokratiyamıza yaraşan bayram ab-havasında, sevimli xalqımızın uzaqgörənliyi və fərasətilə keçdi. Xalqımız Kandildən, Pensilvaniyadan, sosial media kanalları və xarici jurnalların üz qabıqları vasitəsilə tətbiq olunan siyasi təbliğata baxmayaraq, azad iradəsini ifadə etdi. Nəticədən asılı olmayaraq, 14 may seçkilərinin qalibi türk demokratiyası və 85 milyonluq Türkiyə xalqı oldu”. 

Ərdoğan seçicilərə təşəkkür edib:

“Millətimiz 27 milyondan çox səs, 49,51 səs faizilə bir daha bizə böyük rəğbət göstərərək, Türkiyə Böyük Millət Məclisində çoxluğu Cümhur İttifaqına verərək, bizə və İttifaqımıza güvəndiyini, inandığını və gələcəyi burada gördüyünü təsdiqlədi. 

Mayın 14-də seçkiyə gedərək azad iradəsini ifadə edən bütün vətəndaşlarımıza və xaricdəki 56 milyon insanımızın hər birinə dəyərli səslərinə və demokratiyaya verdiyi töhfələrə görə təşəkkür edirəm. 

Türkiyə dünən sərgilədiyi tədbirlə dünyanın ən qabaqcıl demokratik mədəniyyətə malik ölkələrindən biri olduğunu göstərdi”. 

Ərdoğan seçkilərin ikinci turunda qələbə qazanacağına əmin olduğunu bildirib: “Biz 14 may ilə müqayisədə mayın 28-də daha çox səs toplayacağıq və qalib gələcəyik. Ümid edirəm ki, bu, tarixi olacaq. 

Millətin iradəsindən başqa heç bir güc tanımayan, millətin cızdığı səmtdən dönməmiş bir siyasətçi kimi, seçki qutusuna təzahür edən bu iradəyə hörmətlə yanaşırıq. Bildirmək istərdim ki, hansı siyasi partiyanı sevməsindən asılı olmayaraq, biz bütün vətəndaşlarımızın səsini almağa can atırıq”. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO