Paşinyan Avropanı ƏMİN ETDİ: “Biz Rusiyaya kömək etməyəcəyik, çünki…”

Paşinyan Avropanı ƏMİN ETDİ: “Biz Rusiyaya kömək etməyəcəyik, çünki…”

Hazırda oxunan: Paşinyan Avropanı ƏMİN ETDİ: “Biz Rusiyaya kömək etməyəcəyik, çünki…”

136145

“Ermənistan və Rusiyanın sıx iqtisadi əlaqələri var, lakin İrəvan Moskvaya Qərbin sanksiyalarından keçməyə kömək etmir”. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Çexiyanın “Respekt” qəzetinə müsahibəsində bildirib. 

“Fürsət olan yerdə biz Rusiyanın tələbini məmnuniyyətlə qarşılayırıq. Sanksiyalar bizim qırmızı xəttimizdir. Biz bunu Rusiyaya çox aydın şəkildə bildiririk ki, biz onları incitmək istəmirik, amma sanksiyalara məruz qalmağı da özümüzə rəva bilmərik”, - deyə Paşinyan qeyd edib. 
Ermənistan hökumətinin başçısı onu da bildirib ki, Ukraynada müharibə başlayandan sonra yükdaşımaların logistik zəncirləri pozulub və ya fəaliyyət göstərmir, birbaşa Rusiyaya çatdırılan bir çox mallar indi Ermənistan, Qazaxıstan və digər ölkələrdən keçməklə oraya ixrac edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO