İstanbulda səs verən Ərdoğan Ankaraya getdi

İstanbulda səs verən Ərdoğan Ankaraya getdi

Hazırda oxunan: İstanbulda səs verən Ərdoğan Ankaraya getdi

135934

İstanbulda səs verən prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya “Trthaber.com” saytında yer alıb.

Mənbə xatırladır ki, Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan səs vermək üçün saat 11.40-da Üsküdar Kısıklıdakı iqamətgahından ayrılaraq Saffet Çebi orta məktəbinə gedib.

Məktəbin həyətinə toplaşan vətəndaşlara öz sevgisini nümayiş etdirən Ərdoğanı Prezident Aparatının Kommunikasiya direktoru Fahrettin Altun, Üsküdar Bələdiyyə Başçısı Hilmi Türkmen, AK Partiya İstanbul İl Başkanı Osman Nuri Kabaktepe və digər rəsmilər qarşılayıblar.

Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan “3279” nömrəli seçki qutusunun yerləşdiyi sinif otağının qarşısında növbəyə dayanıblar. Seçki qutusunun məsul işçiləri ilə görüşən Ərdoğan və Əminə Ərdoğan lazımi nəzarət üçün məntəqə işçilərinə şəxsiyyət vəsiqələrini veriblər.
Prezident Ərdoğan və Əminə Ərdoğan kabinetə gedərək qeydlərini ediblər və zərfləri seçki qutusuna atıblar.

O, səs verdikdən sonra jurnalistlərə açıqlama verib:

"Daxili işlər nazirimdən aldığım məlumata görə, proses indiyə qədər insidentsiz və problemsiz davam edib. Ən önəmlisi zəlzələ bölgəsində səslərin verilməsi idi. Onlar coşğu və sevgi ilə səs verirlər. Hələlik orda heç bir problem yoxdur. Türk demokratiyasının gücünü nümayiş etdirmək üçün hər kəs günün sonuna qədər səslərini verməlidir.  Bütün seçki komissiyası üzvlərinə və sədrinə uğurlar arzulayıram. Onları təbrik edirəm”.

Bundan sonra Türkiyə lideri Ankaraya gəlib. Ərdoğan Esenboğa hava limanından Prezident İqaməthagına gedib. Onun seçkiləri Ankaradan izləyəcəyi gözlənilir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO