Ukrayna ordusu Baxmut bölgəsində yeni mövqelər tutub

Ukrayna ordusu Baxmut bölgəsində yeni mövqelər tutub

Hazırda oxunan: Ukrayna ordusu Baxmut bölgəsində yeni mövqelər tutub

135873

Ukrayna qoşunları Baxmut bölgəsində əks-hücumları davam etdirir və yeni mövqelər tuta biliblər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (MAİ) hesabatında deyilib.

Mənbə yazıb ki, Ukrayna Silahlı Qüvvələri Kurdyumovkanın kənarında (Baxmutdan 14 km cənub-qərb) yeni mövqelər tutub və bu ərazidəki işğalçıları Severski Donets-Donbas kanalının arxasına sıxıblar.

Ukrayna qüvvələri, həmçinin Predteçinodan (Baxmutdan 16 km cənub-qərb) Klişçevkaya (Baxmutdan 7 km cənub-qərb) doğru irəliləyir.

Son əks-hücumlar zamanı Baxmut bölgəsində 16,85 kvadrat kilometr ərazi azad edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO