Paşinyan: “Erməni xalqı təslim olmağa hazır deyil”

Paşinyan: “Erməni xalqı təslim olmağa hazır deyil”

Hazırda oxunan: Paşinyan: “Erməni xalqı təslim olmağa hazır deyil”

1357

“Erməni xalqı ağır kompromislərə hazırdır, ancaq erməni xalqı təslim olmağa hazır deyil.

Bizim.Media Erməni mətbuatına istinadən məlumat verir ki, bu sözləri dünən axşam feysbuk sosial şəbəkəsində canlı yayımında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Canlı yayımda atəşkəs razılaşmalarının uğursuzluğuna toxunan Paşinyan, Azərbaycanın münaqişənin həll olunmasını yox, Qarabağın təslim olmasını istədiyini qeyd edib.Daha sonra Ermənistanın təslim olması ilə bağlı suala da cavab verən Paşinyan erməni xalqının buna hazır olmadığını deyib.

“İndi bir sualı cavablandırmaq istəyirəm. Erməni xalqı kompromislərə hazırdırmı? Məncə, bəli, erməni xalqı buna hazırdır. Hətta ağrılı kompromislərə də hazırıq. Bəs erməni xalqı təslim olmağa hazırdır? Düşünürəm ki, erməni xalqı buna hazır deyil”

Paşinyan çıxışında Azərbaycanın Qarabağın təslim olması fikrindən əl çəkməsi və güzəştə getməyə məcbur edilməsi üçün əlavə mənbələr tapmağa ehtiyac olduğunu da qeyd edib.

“Azərbaycanı kompromisə getməyə inandırmaq üçün bütün qüvvələrimizi cəmləşdirməliyik”,- deyə Paşinyan bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO