İsrail ərəb dövlətlərilə müdafiə alyansı yaratmaq üçün qərb ölkələri ilə danışıqlar aparır.
Bizim.Media “newsru”ya istinadla xəbər verir ki, alyansın əsas hədəfi İran təhlükəsinə qarşı birgə müqavimət göstərməkdir.
MÖVZU İLƏ BAĞLI:
''İran İsrailin ən böyük düşmənidir'' - Netanyahu
Məlumata görə, məsələ ilə bağlı İsrailin baş naziri Binyamin Netanyahu ilə Bəhreyn kralı arasında telefon danışığı olub.
Eləcə də İsrailin xarici işlər naziri Qabi Aşkenazi ilə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan həmkarı, yəhudi dövlətinin müdafiə naziri ilə isə İordaniya kralı II Abdullah arasında müzakirələr aparılıb.
Bildirilib ki, İsrail Səudiyyə Ərəbistanının da birliyə cəlb edilməsini vacib sayır. Danışıqların böyük, əhəmiyyətli hissəsisinin məxfi aparıldığı vurğulanıb.
Bizim.Media