Hataydakı qətliama bərabər qəzanın TƏFƏRRÜATLARI - FOTO - YENİLƏNİB

Hataydakı qətliama bərabər qəzanın TƏFƏRRÜATLARI - FOTO - YENİLƏNİB

Hazırda oxunan: Hataydakı qətliama bərabər qəzanın TƏFƏRRÜATLARI - FOTO - YENİLƏNİB

134719

Hatayda baş verən dəhşətli qəzanın təfərrüatları məlum olub. 

Bizim.Media xəbər verir ki, İskəndərundan Antakya istiqamətinə hərəkətdə olan yük avtomobilinin əyləci partlayıb.  

Nəticədə sürücü idarəetməni itirib və qarşıdakı yük maşınına çırpılıb. Yoldan çıxan yük maşını hərəkətdə olan digər avtomobillərə çırpılaraq, yaxınlarını hərbi xidmətə yola salan izdihama çırpılıb. 

Hadisə nəticəsində yük maşınının sürüklədiyi 4 avtomobil yanıb, 12 maşın isə yararsız vəziyyətə düşüb. 

Hadisə yerinə yanğınsöndürənlər, təcili yardım briqadası cəlb olunub. 

Bildirilib ki, qəzada xəsarət alan 32 nəfər Hatay və İskəndərundakı xəstəxanalara aparılıb.Baş vermiş qəzada 6 nəfər həlak olub. 

Qəza ilə bağlı araşdırmalar davam edir.


*** 23:00

Türkiyənin Hatay vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media Haber Global-a istinadən xəbər verir ki, vilayətin  Belen rayonunda Yük avtomobili əsgərləri yola salan izdihamın içərisinə girib. 

Baş verən hadisədə altı nəfər ölüb, 32 insan xəsarət alıb. 

Yaxınlıqda olan iki mikroavtobus da zərbənin təsirindən yanmağa başlayıb. 











Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO