ÜST xəbərdalıq etdi: “Fövqəladə vəziyyət başa çatıb, lakin…” 

ÜST xəbərdalıq etdi: “Fövqəladə vəziyyət başa çatıb, lakin…” 

Hazırda oxunan: ÜST xəbərdalıq etdi: “Fövqəladə vəziyyət başa çatıb, lakin…” 

134583

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ictimai səhiyyədə beynəlxalq narahatlıq yaradan COVID-19-la bağlı fövqəladə vəziyyətin başa çatdığını elan edib. Lakin pandemiya hələ davam edir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə ÜST-nin fövqəladə vəziyyət üzrə proqramının direktoru Maykl Rayan bildirib. 

“İnanmıram ki, elə bir dövr gələcək və biz pandemiyanın başa çatmasını deyə bilək. Reallıq ondadır ki, virus dövr etməkdə davam edir. Yaxşı xəbər ondadır ki, ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət bitib”, - deyə Rayan qeyd edib. 
ÜST-nin eksperti Mariya van Kerkhove də analoji fikirlərlə çıxış edib:

“Üç il yarım davam edən fövqəladə vəziyyət mərhələsi başa çatıb, lakin koronavirus hələ də dövr edir. Biz onunla mübarizəni səhiyyə sistemlərinə necə inteqrasiya edəcəyimizi öyrənməliyik. Başlıca problem ondadır ki, virus mutasiyaya uğramaqda davam edir. Hər həftə minlərlə insan ölür, yüz minlərlə insan xəstəxanalara düşür və milyonlarla insan bu xəstəliyə yoluxur. Biz böhran fazasında deyilik, lakin ayıqlığı qoruyub saxlamağımız vacibdir”. 

Koronavirusla bağlı fövqəladə vəziyyət rejimi dünya səhiyyəsində 2020-ci il yanvarın sonlarından qüvvədədir. 2020-ci il martın 11-də ÜST xəstəliyin yayılmasını pandemiya kimi xarakterizə etmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO