Simonyan: “Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq”

Simonyan: “Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq”

Hazırda oxunan: Simonyan: “Azərbaycanla sülh sazişi əldə etməyə hazırıq”

134411

Ermənistan Parlamentinin sədri Alen Simonyan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla görüşüb. 

Bizim.Media xəbər verir ki, Ermənistan Parlamentinin sədri Alen Simonyan Anakarada Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopla baş tutan görüşdən sonra jurnaliatlərə açıqlama verib. 

"Ermənistan Respublikasının Azərbaycana qarşı ərazi iddiası yoxdur. Biz sülh razılaşması əldə etməkdə qərarlıyıq və buna hazırıq. Türkiyəsiz bu bölgədə sülhün bərqərar olması mümkün deyil", - deyə Simonyan qeyd edib. 
Simonyan bildirib ki, Ermənistan münasibətlərin normallaşması üçün addımlar atmağa hazırdır: "Ermənistan Respublikasının Azərbaycana qarşı heç bir ərazi iddiası yoxdur. Biz qətiyyətliyik və sülh sazişi əldə etməyə hazırıq. Regionun ticarətə açılmasında heç bir problem görmürük”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO