Roketsan yeni ballistik raketlərin istehsalına başlayır

Roketsan yeni ballistik raketlərin istehsalına başlayır

Hazırda oxunan: Roketsan yeni ballistik raketlərin istehsalına başlayır

134125

Türkiyənin Roketsan şirkəti Pilotsuz Uçuş Aparatları üçün yeni İHA-122 havadan atılan ballistik raketlərin istehsalına başlayır. 

Bizim.Media “TurkicWorld”a istinadən xəbər verir ki, bu barədə Roketsan şirkətinin direktoru Murat İkinci bildirib. 

Məlumata əsasən, yeni ballistik raketlər daha öncə hazırlanan İHA-230 kimi səsdən yüksək sürətə malik olacaq. 

Qeyd edək ki, Roketsan tərəfindən istehsal edilən İHA-230 səsdən yüksək sürətli raketi 150+ kilometr uçuş məsafəsinə malikdir. Hissəcik effektli döyüş başlığına sahib olan İHA-230-da müxtəlif hədəf tiplərinə qarşı zirehli deşici və ya termobarik döyüş başlığı variantları da var. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO