Amerikalı həkim də koronavirusla bağlı proqnoz verdi – “Bir şey qalmayıb”

Amerikalı həkim də koronavirusla bağlı proqnoz verdi – “Bir şey qalmayıb”

Hazırda oxunan: Amerikalı həkim də koronavirusla bağlı proqnoz verdi – “Bir şey qalmayıb”

13398

Bizim.Media-nın məlumatına əsasən, amerikalı Dr. Leo Galland çayın virusla mübarizədə çox faydalı olduğunu vurğulayaraq bildirib ki, yaşıl çaydan daha çox qara çayda olan bəzi maddələr var ki virusun çoxalmasının qarşısını alır: 
 

MÖVZU İLƏ BAĞLI:

Son gündə dünyada koronavirusdan ölənlərin sayı açıqlandı


“Covid-19 yalnız immunitet sisteminə deyil, maddələr mübadiləsini də təsir edir. Bu səbəbdən şəkərli diabet xəstələri və kilolu insanlar böyük risk altında hesab olunur. Məsləhətim odur ki, qara çaydan, meyvə, tərəvəz, göyərti və ədviyyatlardakı bioflavonoidlərdən istifadə edəsiniz”. 

Dr. Leo onu da qeyd edib, koronavirusla mübarizədə toxunulmazlığı gücləndirmək üçün istifadə ediləcək otlar və bitkilər də az deyil:

“Qərbi Asiyada min ildən çox müddət ərzində istehlak edilən əsas sağlam qidalardan biri olan çörəkotudur. Çörəkotu favoritlərim arasında ilk sıradadır. İnsanlar üzərində aparılan klinik sınaqlarda aşkar edilmişdir ki, həmin o ədviyyatda hepatitə qarşı çox güclü antiviral maddələr var. İltihab əleyhinə təsir göstərən  ən aktiv maddələr  daha çox onun yağında tapılır”. 

Xatırladaq ki, koronavirus qarşı mübarizədə  peyvəndlənməni dəstəklədiyini söyləyən Dr. Leo Galland insanları vaksin olunub və sağlam qidalanmağı məsləhət görür: 

“Düşünürəm ki, vaksinasiya prosesi dünyada böyük bir dəyişiklik edəcək və bizi bu bəladan qurtaracaq. Ancaq bunun üçün bir az vaxt lazımdır, bir şey qalmayıb. Ümid edirəm bu məsələ 2021-ci ilin sonrakı aylarında həll ediləcək”.

Gül Qədirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO