Xersonda ukraynalı jurnalist öldürüldü - DETALLAR

Xersonda ukraynalı jurnalist öldürüldü - DETALLAR

Hazırda oxunan: Xersonda ukraynalı jurnalist öldürüldü - DETALLAR

133047

Ukraynalı jurnalist Boqdan Bitik Xersonun kənarında snayper atəşindən həlak olub, italiyalı jurnalist Korrado Zunino isə çiynindən yaralanıb.

Bizim.Media xəbər verir ki, Bitik İtaliyanın “La Repubblica” qəzetinin müxbirinə Ukraynadakı müharibəni işıqlandırmağa kömək edirmiş.

"Nashaniva.com" nəşri yazır ki, hər iki jurnalist Antonovski körpüsü yaxınlığında pusquya düşüb. Snayper atəşilə öldürülən jurnalistin cəsədini təxliyə etmək hələlik mümkün deyil.

“Biz üç məntəqədən keçdik, Boqdan Ukrayna hərbçiləri ilə danışdı və onlar bizi heç bir problem olmadan buraxdılar. Bura müharibə zonası deyildi. Sonra bizə atəş açdılar, bir səs eşitdim və Boqdanı yerdə gördüm, yerindən tərpənmədi.

Mən atəş xəttindən sürünərək çıxdım və qaçmağa başladım. Qan içində idim. Məni Xerson xəstəxanasına apardılar. Dörd zədəm var, amma mənə əla kömək etdilər. Bir neçə dəfə Boqdana zəng vurdum, cavab vermədi. O, mənim dostum idi. Çox heyfslənirəm”, - Zunino çalışdığı qəzetə telefonla belə deyib.
Hər iki jurnalistin əynində üzərində “Press” yazılmış gödəkçələr olub.

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba İtaliya mətbuatına açıqlamasında deyib ki, qətlin günahkarı ruslardır.

“Sizin rus, italyan və ya ukraynalı olmağınız rusların vecinə deyil, sadəcə atəş açırlar” deyə o, qeyd edib.

Beynəlxalq Jurnalistlər Federasiyasının məlumatına görə, müharibə başlayandan bəri Ukraynada 12 jurnalist və media işçisi ölüb, 18 nəfər yaralanıb. Onların əksəriyyəti ukraynalılardır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO