Türkiyə XİN: Ermənistanın təxribatçı addımları regionda sülhə töhfə verməyəcək

Türkiyə XİN: Ermənistanın təxribatçı addımları regionda sülhə töhfə verməyəcək

Hazırda oxunan: Türkiyə XİN: Ermənistanın təxribatçı addımları regionda sülhə töhfə verməyəcək

132999

Türkiyə Xarici İşlər Nazirliyi (XİN) İrəvanda 1920-ci illərin əvvəllərində Osmanlı İmperiyasının siyasi və hərbi rəhbərlərinin, eləcə də o dövrün Azərbaycan rəsmilərinin və hətta Osmanlı imperiyasının bəzi erməni əsilli vətəndaşlarının qətlini törədənlərə həsr olunmuş “Nemesis abidəsi”nin açılışını pisləyib.

Bizim.Media ölkə KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda biabırçı abidənin açılışının 31 Türkiyə diplomatının və onların ailə üzvlərinin ölümü ilə nəticələnən dəhşətli hücumlara səbəb olan qanlı terror aktının şöhrətləndirməsi olduğu bildirilib.
 

“Bu hadisənin erməni mətbuatında təqdim olunma tərzi də onu göstərir ki, bəzi təfəkkürlərdə hələ də tarixin təhrif olunmuş şərhi var ki, onu qəbul etmək mümkün deyil.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesinin ruhuna uyğun gəlməyən bu cür təxribatçı addımlar heç bir halda regionda möhkəm və davamlı sülh və sabitliyin bərqərar edilməsi səylərinə töhfə verməyəcək, əksinə, normallaşma prosesinə mənfi təsir göstərəcək", - bəyanatda qeyd edilib.
 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO