İrəvanda qalib olan türkiyəli atletlər Bakıya GƏLİR

İrəvanda qalib olan türkiyəli atletlər Bakıya GƏLİR

Hazırda oxunan: İrəvanda qalib olan türkiyəli atletlər Bakıya GƏLİR

132901

İrəvanda keçirilən Avropa çempionatında uğur qazanan Türkiyə ağırlıqqaldıranlarının Bakı səfərinin vaxtı və nümayəndə heyətinin tərkibi bəlli olub.

Bizim.Media saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat xidməti açıqlayıb.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizə dəvət olunan idmançılar sabah Bakıya gələcək. Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, gümüş mükafatçı Qamze Altunun yer aldığı nümayəndə heyətinə Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat Ünlü də daxildir.

Qonaqların yer aldığı təyyarə sabah saat 16.10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq. Türkiyəlilərin qarşılanma mərasimi təşkil olunacaq. Səfər çərçivəsində onların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO