Müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvaya toplaşır - AÇIQLAMA

Müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvaya toplaşır - AÇIQLAMA

Hazırda oxunan: Müdafiə nazirləri və kəşfiyyat xidmətlərinin rəhbərləri Moskvaya toplaşır - AÇIQLAMA

132403

Sabah Türkiyə, Rusiya, Suriya və İranın müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə Moskvada görüş keçiriləcək. Bu haqda Türkiyənin müdafiə naziri Hulusi Akar Anadolu Agentliyinə məlumat verib. 

Ötən ilin dekabırın 28 də Moskvada Türkiyə-Rusiya və Suriya müdafiə nazirləri və kəşfiyyat rəhbərlərinin iştirakı ilə üçtərəfli görüşün keçirildiyini xatırladan Akar, qarşılıqlı fikir mübadiləsinin aparıldığı görüşdə formatın genişləndirilməsinin qərara alındığını bildirib. 
“Sonrakı araşdırmalarda İranın bu görüşlərdə iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, müvafiq orqanlar tərəfindən təsdiqlənib. Bu görüşün davamı olaraq bu dəfə dördlük olaraq müdafiə nazirləri və kəşfiyyat xidmətləri rəhbərlərinin iştirak edəcəyi görüşə hazırlaşırıq. Bu görüşün sabah Moskvada keçirilməsi planlaşdırılır. Məqsədimiz buradakı problemləri danışıqlar yolu ilə həll etmək və ən qısa zamanda bölgədə sülh və əmin-amanlığın hökm sürməsini təmin etməkdir”.

Daha sonra Hulusi Akar bildirib ki, görüşdən sonra bəzi müsbət irəliləyişlərin olmasını gözləyirik. 

“Biz Türkiyə olaraq bölgədə sülhə töhfə vermək üçün əlimizdən gələni edirik”- deyə Akar bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO