Rusiyada dövlətə xəyanət edənlərə ömürlük həbs cəzası veriləcək - YENİ QANUN

Rusiyada dövlətə xəyanət edənlərə ömürlük həbs cəzası veriləcək - YENİ QANUN

Hazırda oxunan: Rusiyada dövlətə xəyanət edənlərə ömürlük həbs cəzası veriləcək - YENİ QANUN

131475

Rusiya Dövlət Duması dövlətə xəyanətə görə ömürlük həbslə bağlı qanun layihəsini qəbul edib. 

Bizim.Media xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənəd ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Düzəlişlər, həmçinin terror və təxribata görə cəzaların sərtləşdirilməsini də nəzərdə tutur.

Hazırda Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi (“Dövlətə xəyanət”) maksimum 20 ilədək həbs cəzasını nəzərdə tutur. Cinayət Məcəlləsinin 205-ci maddəsində (“Terror aktı”) həbs cəzası 15 ildən 20 ilədək, 205.1-ci maddəsində (“Terrorçu fəaliyyətə yardım”) 5 ildən 7 ilədək artırılıb.
Dəyişikliklər Rusiya Federasiyası Cinayət Məcəlləsinin 281-ci maddəsi (“Təxribat”) üzrə cəzanı 15 ildən 20 ilə qədər sərtləşdirəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO