“Emaar Properties”x9d inşaat şirkəti Dubayda dünyannı ən hündür binasını ucaltmaq niyyətindədir.
Oxu.Az “The Guardian”x9da istinadən xəbər verir ki, bina 828 metr hündürlüyü olan “Burc Xəlifə”x9dni geridə qoyacaq.
“Emaar Properties”x9d baş icraçı direktoru Məhəmməd Alabbar bəyan edib ki, layihənin dəyəri bir milyard dollara yaxın olacaq.
O, yeni binanın yekun hündürlüyünün bir qədər sonra elan ediləcəyini bildirib. İcraçı direktor, həmçinin şirkətin Dubayın Beynəlxalq Expo sərgini qəbul etdiyi zaman, “şəhərə 2020-ci il hədiyyəsi”x9d kimi təqdim etmək istədiyini də qeyd edib.
Layihənin dizayneri ispan-isveçrə memarı Santyaqo Kalatrava Valsdır.
Göydələndə restoranlar, mehmanxanalar və baxış meydaçası olacaq.
Xatırladaq ki, dünyanın ən hündür tikilisi sayılan “Bürc Xəlifə”x9d göydələninin inşaatı 2010-cu ilin yanvarında başa çatıb. Onun hündürlüyü 828 metrdir, inşaatı 1,5 milyard dollara başa gəlib.

































































































