Rusiya prezidenti Vladimir Putin Ukraynanın işğal olunmuş Xerson vilayətinə gəlib və “Dnepr” qoşun qrupunun qərargahına baş çəkib.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı prezidentin mətbuat xidməti yayıb.
Mənbə yazır ki, səfər zamanı yüksək rütbəli hərbçilər Putinə hesabat təqdim ediblər.
“Vladimir Putin Dnepr qoşunlarının Xerson vilayətindəki qərargahında Hərbi Hava Qüvvələrinin komandanı, Dnepr qoşunlar qrupunun komandiri və digər hərbi rəhbərlərin hesabatlarını dinləyib”, - məlumatda deyilir.
“Hava-desant qüvvələrinin komandanı Teplinski uzun müddət cəbhə xəttində olub və çox müfəssəl məruzə hazırlayıb. Müdafiə Nazirliyi, Baş Qərargah bunu yüksək qiymətləndirib”, - Rusiya Federasiyasının prezidenti bildirib.
Sonra Kremlin sahibi Luqansk vilayətinə, “Vostok” qrupunun qərargahına gedib. O, “Dnepr” hərbi dəstəsinə ikona hədiyyə edib.
Bizim.Media