Rza Pəhləvi İsrailə gedəcək

Rza Pəhləvi İsrailə gedəcək

Hazırda oxunan: Rza Pəhləvi İsrailə gedəcək

131139

Sonuncu İran şahının böyük oğlu Rza Pəhləvi yaxın günlərdə İsrailə səfər edəcək

Bizim.Meda xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat xidməti bildirib.

Bildirilib ki, İran İslam İnqilabından əvvəl vəliəhd şahzadə titulu daşıyan xarici qonağı İsrailin kəşfiyyat naziri Gila Qamliel qəbul edəcək.

Səfər zamanı Pəhləvi bu il İsraildə aprelin 17-dən 18-dək qeyd olunan Avropa Yəhudilərinin Fəlakət və Qəhrəmanlıq Günü münasibətilə rəsmi mərasimlərdə iştirak edəcək.

Məlumatda qeyd olunur ki, Pəhləvi “İsrailə açıq səfərlər etmiş şəxslər arasında ən yüksək rütbəli iranlı şəxs” olacaq. İsrail hakimiyyəti bu səfərin məqsədini “İsrail ilə İran xalqı arasında körpünün yaradılması və ayətullah rejiminə birgə müqavimətin ifadəsi” adlandırır. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO