Ukraynada müharibə nəticəsində neçə uşaq həlak olub?

Ukraynada müharibə nəticəsində neçə uşaq həlak olub?

Hazırda oxunan: Ukraynada müharibə nəticəsində neçə uşaq həlak olub?

130907

Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər həlak olan ukraynalı uşaqların sayı 469-a çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu "Telegram" kanalında məlumat verib. 

Bildirilib ki, 2022-ci ilin fevralın 24-dən indiyədək Rusiyanın hücumları zamanı 469 uşaq həyatını itirib, 948 uşaq isə yaralanıb. 

Baş Prokurorluq əlavə edib ki, bu məlumatlar yekun xarakter daşımır, çünki aktiv hərbi əməliyyatlar davam edən yerlərdə, müvəqqəti ələ keçirilən və azad edilmiş ərazilərdə işlər davam edir. 
 Qeyd edək ki, bir gün əvvəl (14 aprel) Ukrayna Milli Polisi məlumat verib ki, Rusiya Federasiyası ilə genişmiqyaslı müharibə başlayandan bəri aprelin 13-nə olan məlumata görə, ümumilikdə 11 258 uşaq itkin düşmüş hesab olunur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO