Misirdə Əl-Ariş şəhəri yaxınlığında hökumət qoşunları tərəfindən İŞİD qruplaşmasının yaraqlısı yaxalanıb.
Moderator.az xəbər verir ki, bu barədə “Daily Mail”x9d nəşri məlumat yayıb.
Məlumata görə, hərbçilər terrorçunu Qahirədən 200 mil şimali-şərqdə Şimali Sinay əyalətində həbs ediblər.
Yaraqlı qadın paltarı geyinib, çarşaba bürünüb. Onun yaraqlıların Sinay yarımadasındakı dəstəsindən qaçmaq istədiyi ehtimal edilir.
Saxlanılan terrorçunun şəkili “Jihad threat monitor”x9d portalının “Tvitter”x9dində dərc edilib.
“Misir əsgərləri İŞİD-in qadın paltarı geyinən üzvü ilə şəkil çəkdirdilər”x9d, - fotoya şərhdə yazılıb.






























































































