“Dünən Azərbaycan və Ermənistan şərti sərhədində meydana gələn və Ermənistan tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgərlərimizə Allahdan rəhmət, qazilərimizə şəfalar diləyirəm. Bu, 200 illik maşa olanların tək başına edə biləcəyi hərəkət deyil”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
O hesab edir ki, ötən gün Ermənistanın reallaşdırdığı təxribat yalnız İrəvanın iradəsi ilə həyata keçirilməyib:
“Ötən gün reallaşan hadisədə təxribata təşviq edən, 30 ay keçməsinə rəğmən atəşkəs müqaviləsini sülh müqaviləsinə çevrilməsini istəməyən qüvvələrin mütləq surətdə rolu var. Bu rolda birinci olaraq İran tərəfini dəyərləndirmək mümkündür. İran 1992-ci ildən bəri Azərbaycan və Ermənistana, yəni iki tərəfə də qonşu olan bir dövlət olmasına rəğmən, bitərəf davranmır.
İran 44 günlük müharibə dövründə eyni hərəkətləri sərgilədi və 44 günlük müharibədən, Azərbaycanın zəfərindən sonra bu günə qədər də eyni hərəkətləri sərgiləyir. Ən üst səviyyədə siyasi, hərbi iş birliyi ilə Ermənistanın yanındadır. İran haqq-hüquq tərəfdarı deyil. Onlar seçimini bu istiqamətdə istifadə edir. İran Ermənistanı cəsarətləndirir.
Dünənki hücumda da Ermənistanın İran dövlətinə aid silah sistemlərini istifadə etməsi də bunun bir parçasıdır. İranın təzyiqi bu qədər yüksəltməsi də və əsilsiz haqqa-hüquqa qarşı tələblər dilə gətirməsinin arxasında da Ermənistanı cəsarətləndirən hərəkətlərini qeyd edə bilərik”.
Azərbaycanın təxribatlara layiqli cavab verdiyini bildirən Yücel Karauz əlavə edib ki, tezliklə beynəlxalq hüquqla Azərbaycanın ərazisi kimi tanınan, erməni əsilli Azərbaycan vətəndaşlarının yaşadığı ərazilərdə antiterror əməliyyatları keçirilməlidir:
“Azərbaycan hüquq sərhədləri içərisində torpaq bütövlüyünün mühafizəsini həyata keçirməlidir. Beynəlxalq hüquqla tanınan torpaqlarına qarşı hansısa təhdid və terror fəaliyyəti olduğu təqdirdə, ötən gün olduğu kimi, beynəlxalq hüquq çəçivəsində qarşılıq verməli və şəhidlərin qanını yerdə qoymamalıdır. Qisasa qisas. Azərbaycan gələcəkdə öz vətəndaşı olacaq erməniəsilli şəxslərin yaşadığı ərazilərində antiterror əməliyyatları həyata keçirilməlidir.
Atəşkəsin imzalandığı ilk gün cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən uzadılan sülh əli 30 aydır ki, qarşılıqsız qaldı. Məhz buna görə də, Azərbaycan öz işini özü görməlidir. Çünki itiriləcək zaman yoxdur. Ötən gün Ermənistanın təxribatına yalnız İran deyil, ermənilərə qarşı lazım olduğu kimi davranmayan Rusiya, onları cəsarətləndirən Fransa kimi ölkələri də nəzərə almaq lazımdır”.
Tehran Orucoğlu, Bizim.Media
- A-
- A
- A+
Dünya
09:00 / 13.04.2023
“Ermənistanın son təxribatlarının arxasında İran dayanır” – Türkiyəli GENERAL
Hazırda oxunan: “Ermənistanın son təxribatlarının arxasında İran dayanır” – Türkiyəli GENERAL
Hazırda oxunan: “Ermənistanın son təxribatlarının arxasında İran dayanır” – Türkiyəli GENERAL
130374
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.