Rusiyada elektron çağırış sistemi qüvvəyə minir. Məqsəd hərbçilərin sayını yüz minlərlə çağırışçı vasitəsilə artırmaqdır. Bu sistem isə avtomatik olaraq kişilərin xaricə çıxışına qadağa qoyacaq.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya "moscowtimes.ru" saytında yerləşdirilib.
Mənbə yazır ki, bununla bağlı yeni qanun layihəsi Dövlət Dumasının bazasında dərc edilib.
Qanuna əsasən vətəndaş hərbi komissarlıqdan poçtla göndərilən çağırış vərəqəsini almaqdan imtina edərsə, çağırış vərəqəsi ona imtina edildiyi gün verilmiş hesab olunacaq.
Belə ki, çağırışçı 20 gün ərzində hərbi komissarlığa gəlməlidir. Əks halda o, daşınmaz əmlakla bağlı əməliyyatlar apara, avtomobil sürə, kredit götürə bilməz. Həmçinin vətəndaş fərdi sahibkar olmaq hüququnu da itirəcək.
Kreml bununla ordunun sayını 1,5 milyon nəfərə çatdırmaq fikrindədir.
Yeni qaydaların yaxın həftələrdə işə başlayacağı deyilir.
Qeyd edək ki, mövzu Rusiya telekanallarında geniş müzakirə edilib. Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri, general-polkovnik Andrey Kartapolov "Rossiya 24" telekanalının canlı efirində layihəyə aydınlıq gətirib.
Bizim.Media