“Hyundai” dünya üzrə təxminən 82.000 elektrikli avtomobilin elektrik batareyaları dəyişdirmək qərarını verib.
Bizim.Media xəbər verir, bu qərar Cənubi Koreyada “Hyundai” şirkətinə məxsus bir maşını alovlanmasından sonra verilib.
MÖVZU İLƏ BAĞLI:
Mercedes 1.3 milyon avtomobili geri çağırır
Araşdırmalar nəticəsində, “LG Energy Solution” tərəfindən hazırlanan batareya hüceyrələrində qüsurlar təsbit edilib. Bu da, həmin batareya ilə istehsal olunan nəqliyyat vasitələrinin yanğın riskini çoxaldıb.
Yanğın riski olan, nəqliyyat vasitələrinin əksəriyyəti, 2018-2020-ci illər arasında istehsal olunmuş “Kona” avtomobilləridir. Bu avtomobillər İngiltərədə on minlərlə insana satılıb.
Qeyd edək ki, “Hyundai” geri çağırma xərclərini bölüşmək üçün “LG Energy Solution” ilə məsləhətləşəcəyini söyləyib.
Vətəndaşlara dəyən zərəri aradan qaldırmaq şirkətə təxminən 640 milyon funt sterlinqə (900 milyon dollar) başa gələcəyi gözlənilir.
Gül Qədirli, Bizim.Media