Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır - FOTO/VİDEO

Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır - FOTO/VİDEO

Hazırda oxunan: Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi xidmətə başlayır - FOTO/VİDEO

129822

Türkiyədə dünyanın ilk hərbi PUA gəmisi - “TCG Anadolu” xidmətə başlayır.

Bizim.Media "Anadolu"ya istinadən xəbər verir ki, gəmi orduda xidmətə tam hazırdır və ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatılacağı mərasimlə Müdafiə Sənayesi Nazirliyi tərəfindən Dəniz Qüvvələri Komandanlığına təhvil veriləcək.

Amfibiya hücum gəmisinin layihəsi Dəniz Qüvvələri Komandanlığının ehtiyaclarına uyğun olaraq 2015-ci ildən hazırlanmağa başlanıb.

Ötən il gəminin sınaqları həyata keçirilib.

"TCG Anadolu"nun uzunluğu 231 metr, eni isə 32 metrdir. Maksimum yükdəyişmə qabiliyyəti 27 min 436 ton olan gəmi 13 tank, 27 zirehli amfibiya hücum maşını, 6 zirehli personal daşıyıcısı, 33 müxtəlif texnika və 15 qoşqu olmaqla ümumilikdə 94 nəqliyyat vasitəsini göyərtəsində daşıya bilir.
 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO