Putin Lukaşenkonu və Si Cinpini Kremldəki mənzilinə dəvət edib? - DETALLAR

Putin Lukaşenkonu və Si Cinpini Kremldəki mənzilinə dəvət edib? - DETALLAR

Hazırda oxunan: Putin Lukaşenkonu və Si Cinpini Kremldəki mənzilinə dəvət edib? - DETALLAR

129755

Rusiya prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkonu Kremldəki mənzilinə dəvət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayıb.

“Bəli, dəvət etdi. Bilmirəm, bu barədə danışa bilərik, ya yox, amma artıq dedim”, - Kremlin sözçüsü bildirib.

Peskov bəyan edib ki, müharibə başlayandan bəri Putin Kremldəki mənzilindən tez-tez istifadə edir.

Xatırladaq ki, Putin bir müddət öncə açıqlamasında Kremldə mənzilinin olmasını gizlətməyib. Hətta  Çin sədri Si Cinpini da ora dəvət etdiyini deyib. Mənzildə liderlər dünyadakı vəziyyət barədə danışıblar.
Putin əlavə edib ki, həmkarı ilə kamin ətrafında oturaraq çay içib və geniş söhbət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO