ABŞ Bəhreynə dəstək üçün GÜCÜNÜ GÖSTƏRDİ - Yaxın Şərqə sualtı qayıq göndərdi

ABŞ Bəhreynə dəstək üçün GÜCÜNÜ GÖSTƏRDİ - Yaxın Şərqə sualtı qayıq göndərdi

Hazırda oxunan: ABŞ Bəhreynə dəstək üçün GÜCÜNÜ GÖSTƏRDİ - Yaxın Şərqə sualtı qayıq göndərdi

129667

ABŞ hərbi gücünün nümayişi olaraq Yaxın Şərqə sualtı qayıq göndərir. 

Bizim.Media xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb. 

Məlumata görə, bu gün ABŞ Hərbi Dəniz Qüvvələri Bəhreyndə yerləşən ABŞ-ın 5-ci Donanmasına dəstək olaraq Yaxın Şərqə nüvə enerjisi ilə idarə olunan sualtı qayıqları göndərdiyini elan edib. 

Nəşrin yazdığına görə, adətən Pentaqon narazı olduğu ölkəyə hər hansı bir siqnal göndərmək istəyərsə, sualtı qayıqları hərəkətə keçirir. 

Qəzet bunu ABŞ-ın yüksək rütbəli məmurlarının İranın yaxın gələcəkdə bölgəyə silsilə zərbələr endirmək planları barədə kəşfiyyat məlumatlarına malik olması ilə əlaqələndirir. 

Qeyd edək ki, Amerikanın bölgədəki hərbi mövcudluğunun gücləndirilməsi ABŞ-ın əsas rəqibi olan Çinin vasitəçiliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlərin bərpası ilə paralel baş verir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO