Almaniyanın bir çox ərazilərində dövlət qurumlarının rəsmi saytlarına kiberhücum edilib.
Bizim.Media xəbər verir ki, Almaniyanın Birinci Televiziya Kanalı ARD məlumat yayıb.
Berlin Daxili İşlər Nazirliyinin Rəqəmsallaşdırma üzrə müşaviri Ralf Kleindiek RBB Televiziya Kanalına bildirib ki, bu hücum əyalət hökumətinin internet saytlarına edilən ən böyük hücumdur.
Kleindeik hücum səbəbiylə internet səhifələrinin yavaşladığını, internet infrastrukturunun təsirlənmədiyini və məlumatların oğurlanmadığını vurğulayıb.
Aşağı Saksoniyanın Ədliyyə Nazirliyindən verilən açıqlamaya görə, ölkə xaricindən internet səhifələrinə sıx giriş olub və kiberhücumlarla bağlı araşdırma başlanıb.
Bizim.Media
- A-
- A
- A+
Dünya
06:26 / 07.04.2023
Almaniyada dövlət qurumlarına kiberhücum olub
Hazırda oxunan: Almaniyada dövlət qurumlarına kiberhücum olub
Hazırda oxunan: Almaniyada dövlət qurumlarına kiberhücum olub
129365
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.