Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxıb

Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxıb

Hazırda oxunan: Yaponiyada hərbi helikopter radarlardan yoxa çıxıb

129360

Yaponiyada hərbi helikopter radarlardan itib. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyi açıqlama verib. 

Açıqlamaya görə, Quru Özünümüdafiə Qüvvələrinə aid hərbi helikopter Okinava əyalətinin Miyakojima adasının 18 kilometr cənub-qərbində yerli vaxtla saat 16:30 radələrində radarlardan yoxa çıxıb. 
Quru Özünümüdafiə Qüvvələrinin Kumamoto əyalətindəki Takayubaru hərbi bazasına məxsus “UH-60JA” tipli çoxməqsədli helikopterdə 2 pilot, 2 texniki işçi və 6 şəxsi heyət olub. 
Helikopterin axtarış-xilasetmə işləri davam edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO