Bu gün Finlandiya NATO-nun üzvü olacaq

Bu gün Finlandiya NATO-nun üzvü olacaq

Hazırda oxunan: Bu gün Finlandiya NATO-nun üzvü olacaq

128784

NATO-ya üzv ölkələrin xarici işlər nazirləri bu gün alyansın Brüsseldəki mənzil-qərargahında bir araya gələrək, müxtəlif məsələləri, xüsusən də Ukraynandakı vəziyyəti müzakirə edəcəklər.

Bizim.Media xəbər verir ki, toplantıdan əvvəl Finlandiyanın alyansın 31-ci üzvü kimi iştirakı mərasimi keçiriləcək.
 

MÖVZU İLƏ BAĞLI:

İsveç XİN başçısı: Finlandiyanı təbrik edirik, İsveç üçün isə...”


Mərasimdə Finlandiya Prezidenti Sauli Niinistö də iştirak edəcək və Finlandiya bayrağı NATO-nun mənzil-qərargahına qaldırılacaq.

Nazirlərin iki günlük görüşünün ilk günündə NATO-Ukrayna Komissiyasının iclası olacaq. Ukraynanın xarici işlər naziri Dmitro Kulebanın iştirakı ilə keçiriləcək görüşə İsveç də qatılacaq.

Nazirlər Ukraynadan başqa, Alyansın cənubundakı qeyri-sabitlik, terrorizmlə mübarizə və İran, Rusiya və Çinin artan təsirləri kimi problemləri də müzakirə edəcəklər.

İclasın ikinci günündə nazirlər NATO-nun Hind-Sakit okean regionunda tərəfdaşları olan Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyadan olan həmkarları ilə görüşəcəklər. İclasın bu hissəsində Avropa İttifaqının (Aİ) nümayəndəsi də iştirak edəcək.
NATO Xarici İşlər Nazirləri Toplantısında kibermüdafiə, yeni texnologiyalar və dezinformasiya ilə mübarizə kimi məsələlər də müzakirə olunacaq, Çinin Rusiya ilə getdikcə daha da yaxınlaşması və Rusiyaya mümkün silah dəstəyi müzakirə olunacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO