ABŞ Prezidenti Cozef Bayden İraqın baş naziri Mustafa əl-Kazımi ilə telefon əlaqəsi saxlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Bayden İraqı suverenliyi və müstəqilliyini dəstəklədiyini bir daha təqdiqləyib:
MÖVZU İLƏ BAĞLI:
''Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək bizim üçün həyati məsələdir'' - Bayden
"Tərəflər İraq rəsmilərinə və koalissiya nümayəndələrinə qarşı son raket hücumlarını müzakirə edərək, bu hücumları təşkil edənlərin məsuliyyətə cəlb edilməli olduqları barədə razılaşdılar", - deyə açıqlamada bildirilib.
Qeyd olunub ki, Prezident və Baş nazir telefon danışığında ölkələr arasında strateji tərəfdaşlığın təşviqinə və əsas məsələlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə də toxunublar.
Bizim.Media