Podolyakdan Lukaşenkonun atəşkəs təklifinə CAVAB: “Tamamilə qəbuledilməzdir”

Podolyakdan Lukaşenkonun atəşkəs təklifinə CAVAB: “Tamamilə qəbuledilməzdir”

Hazırda oxunan: Podolyakdan Lukaşenkonun atəşkəs təklifinə CAVAB: “Tamamilə qəbuledilməzdir”

128292

Ukrayna Prezidenti Aparatının müşaviri Mixail Podolyak Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynada hərbi əməliyyatları “hər iki tərəfdən qoşun yeritmək və yenidən toplamaq hüququ olmadan” dayandırmaq təklifini rədd edib. 

Bizim.Media xəbər verir ki, Podolyak bu barədə özünün “Twitter” hesabında qeyd edib. 

"İstənilən atəşkəs rejiminin tətbiqi Rusiya Federasiyasının işğal olunmuş ərazilərdə qalmaq hüququ demək olacaq. Bu, tamamilə qəbuledilməzdir. Ukraynanın öz ərazisi ilə qoşun və texnikanı istədiyi kimi yeritmək hüququ var. Qəribə fikirli "sülhməramlılar" isə bu təklifləri ilə gülünc görünürlər”, – deyə Podolyak bildirib. 
Qeyd edək ki, Lukaşenko bu gün Belarus xalqına və Milli Assambleyasına müraciətlə çıxış edərək bildirib ki, Ukraynada nizamlanma üzrə danışıqlara sabah deyil, indi başlamaq lazımdır.

O, hər iki tərəfdən qoşunların yerdəyişməsi və yenidən qruplaşdırılması hüququ olmadan, silah və sursat, canlı qüvvə və texnikanın ötürülməsi hüququ olmadan Ukraynada hərbi əməliyyatları dayandırmağı təklif edib. 


Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO