İranın “Əxlaq” polisinin təcridxanasında vəhşiçəsinə qətlə yetirilən Məhsa Əmini adlı gənc qızın ölümündən 6 ay sonra İran Daxili İşlər Nazirliyi rəsmi açıqlama yayaraq “hicabdan geri çəkilməyəcəklərini” elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, bu, bir neçə aydır ölkəni silkələyən etirazlarla bağlı İran hökumətinin ən son mövqeyidir.
Bəyanatda hicabın İran mədəniyyətinin əsas dayaqlarından, təməl prinsiplərindən olduğu və bu sahədə heç kimə güzəşt edilməyəcəyi qeyd edilib.
Nazirliyin bəyanatında məcburi hicab qaydalarını pozanların xarici düşmənlərin əlaltıları olduqları iddia olunub.
Qeyd edək ki, son aksiyalar zamanı İranda məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.
Etiraz aksiyalarının səngidiyindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsi və oruc tutulmamasına görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:10 / 31.03.2023
İran qadınların hicabla bağlı seçim hüququnu RƏDD ETDİ
Hazırda oxunan: İran qadınların hicabla bağlı seçim hüququnu RƏDD ETDİ
Hazırda oxunan: İran qadınların hicabla bağlı seçim hüququnu RƏDD ETDİ
128224
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.