Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırdı

Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırdı

Hazırda oxunan: Putin Latviya və Estoniyadakı səfirlərini geri çağırdı

128212

Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Latviya və Estoniyadakı səfirlərini geri çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə imzalanmış fərman hüquqi informasiya rəsmi internet portalında dərc edilib.

Fərmanda qeyd olunub ki, Rusiyanın Latviyadakı səfiri Mixail Vanin və Estoniyadakı səfiri Vladimir Lipayevin vəzifələrindən azad edilib.

Qeyd edək ki, bu ilin fevral ayının əvvəlində Rusiya Estoniya tərəfinin hərəkətlərinə cavab olaraq bu ölkə ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqdan sonra Lipayev Estoniyanı tərk edib.
Həmin hadisədən sonra Latviya da Estoniya ilə həmrəylik nümayiş etdirərək Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmaq qərarını qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO