Poroşenko:

Poroşenko: "Putin Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi"

Hazırda oxunan: Poroşenko: "Putin Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi"

128130
“Normand formatı”x9dnda keçirilən görüşlər zamanı Rusiya prezidenti Vladimir Putin ukraynalı pilot Nadejda Savçenkonu Ukraynaya qaytarılacağını vəd etmişdi. 

APA-nın “112 Ukrayna”x9d telekanalına istinadən verdiyi xəbərə görə, bunu Rusiya məhkəməsinin Nadejda Savçenko barəsində 22 il həbs cəzası verilməsinə dair hökmünü şərh edərkən  Ukrayna prezidenti Pyotr Poroşenko deyib. Onun sözlərinə görə, Putin, cəzasını vətənində çəkməsi üçün Savçenkonu Ukraynaya qaytarılacağını vəd edib.
 
“Putin Normand formatında görüşlər zamanı bəyan edib ki, məhkəmə hökm çıxardıqdan sonra Savçenko Ukraynaya qaytarılacaq.  Artıq vədin yerinə yetirilməsi vaxtı çatıb. Mən, öz növbəmdə,  Ukraynaya qarşı silahlı təcavüzdə iştirak etdiklərinə görə bizim ərazimizdə saxlanılan iki rusiyalı hərbçini Rusiyaya qaytarmağa söz verirəm”x9d, - deyə Poroşenko qeyd edib. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO