İranın kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri İsmayıl Xətibin rəsmi tədbirə tərlik geyinib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
MÖVZU İLƏ BAĞLI:
Güney azərbaycanlı jurnalist 6 il azadlıqdan MƏHRUM edildi
Məlumatda qeyd olunur ki, molla-nazir hökumət rəsmilərinin ümumölkə konfransına qeyri-rəsmi geyimlə gəlib və ayağında tərlik olub.
Tədbirdə ölkə prezidenti İbrahim Rəisi də çıxış edib.
Xatırladaq ki, 13-cü hökumətin nazirləri daha öncə də oxşar səbəbdən gündəmə düşmüşdülər.
2022-ci ilin yanvarında neft naziri Cavad Oucinin rəsmi iclasda kostyum və tərlik geyinmiş halda fotosu müzakirələrə səbəb olmuşdu.
Bizim.Media