Fransada tikilməkdə olan Eyüp Sultan məscdinin divarında “İslama yox, evinizə qayıdın!” şüarı yazılıb.
Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı məscidin məxsus olduğu İslam Toplumu Milli Görüş icması yayıb.
Bildirilib ki, hadisə Fransanın hazırkı zərərli ab-havanı əks etdirir.
Məlumata görə, tikilib başa çatdırılandan sonra bu, Avropanın ən böyük məscidi olacaq.
Məscidddə eyni vaxtda 3 min nəfər namaz qıla biləcək. Məscidin həyətində 600 avtomobil parkinq edə biləcək.
44 metr hündürlüyündə qoşa minarə Strasburqun dini, memarlıq və mədəni plüralizminə rəng qatacaq.
Bizim.Media
- A-
- A
- A+
Dünya
13:14 / 23.02.2021
Fransada inşa olunan ən böyük məscidin divarına İslam əleyhinə şüar yazıldı
Hazırda oxunan: Fransada inşa olunan ən böyük məscidin divarına İslam əleyhinə şüar yazıldı
Hazırda oxunan: Fransada inşa olunan ən böyük məscidin divarına İslam əleyhinə şüar yazıldı
12756
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.