Polşa Ukraynaya 2 milyard avroluq silah VERDİ 

Polşa Ukraynaya 2 milyard avroluq silah VERDİ 

Hazırda oxunan: Polşa Ukraynaya 2 milyard avroluq silah VERDİ 

127229

Polşa Ukraynaya tədarük etdiyi 2 milyard avro dəyərində silaha dair fakturanı Avropa İttifaqına təhvil verib.

Bizim.Media xəbər verir ki, bunu Polşanın baş naziri Mateuş Moravetsi şənbə günü RMF radiosuna verdiyi müsahibədə bildirib.

“Biz 2 milyardlıq hesabları təhvil verdik. Bu, Polşa üçün çox yaxşı xəbərdir. Polşa büdcəsi üçün çox yaxşı xəbərdir. Bu pulla biz ən müasir silahları ala biləcəyik”, – Moravetski əlavə edib.

Polşa Ukrayna Silahlı Qüvvələrinə MiQ-29 təyyarələri, T-72 tankları və 14 Leopard 2 tankı, artilleriya mərmiləri və digər döyüş sursatları, daşınabilən hava hücumundan müdafiə sistemləri və pilotsuz uçuş aparatları verib.

Ölkə hakimiyyəti 2022-ci ildə Ukraynaya hərbi yardımın həcmini 2,2 milyard avro qiymətləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO