“Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu başa düşdüm” - Fransız jurnalist

“Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu başa düşdüm” - Fransız jurnalist

Hazırda oxunan: “Qarabağın Azərbaycan xalqı üçün əhəmiyyətli olduğunu başa düşdüm” - Fransız jurnalist

12718

"Biz orda 44 günlük müharibənin yox, birinci Qarabağ müharibəsinin ağır nəticələrini gördük".

Bizim.Media xəbər verir ki, bunu fevralda Dağlıq Qarabağın Ağdam və Zəngilan bölgələrində reportaj hazırlamış Fransanın "France Culture" radio kanalının jurnalisti Valeri Krova (Valerie Crova) bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ-ın “Newsweek” nəşri "Ermənistan-Azərbaycan münaqişəsi haqda yazdı


Valeri Krova Dağlıq Qarabağda olduqdan sonra münaqişə haqqında daha düzgün məlumatlar əldə etdiyini bildirib:

"Qafqaz regionu Fransadan uzaqdır və bu səbəbdən də orda baş verənləri, xüsusilə Dağlıq Qarabağ münaqişəsini anlamaq fransızlar üçün çətindir. Hətta biz jurnalistlər üçün belə, Qafqaz aktyorları ilə birlikdə mürəkkəb region təsiri bağışlayır. Yalnız ora gedib yaxından tanış olduqdan sonra reallıqları başa düşmək olur".

Fransalı jurnalist birinci Qarabağ müharibəsinin ağır nəticələrini aşkar etdiyini bildirib:

"Şuşanın azərbaycanlılar üçün çox vacib şəhər olduğunu, hətta onun Azərbaycanın mədəniyyət paytaxtı edildiyini bildiyimiz üçün ora getmək istəyirdik.

Lakin təhlükəsizlik səbəbindən bizi ora buraxmadılar, Zəngilan və Ağdama getdik. Biz ora gedəndə müharibə artıq bitmişdi, atəşkəs idi.

Beləliklə, 44 günlük müharibədən heç nə görmədik. Lakin birinci Qarabağ müharibəsinin ağır nəticələrini gördük. Bütün ərazi tamamilə boş idi: ermənilər oranın əhalisini təmizləmişdilər.

Dağlıq Qarabağda olduğumuz müddətdə orda yaşayan insan görmədik. Yalnız Ağdamdam 30 kilometr aralıda yaşayan bir qadına rast gəldik. Bundan başqa isə yalnız mina təmizləyənlərə və əsgərlərə rast gəldik. Azərbaycanın ermənilər tərəfindən ələ keçirilən ərazilərinin tamamilə minalandığını öyrəndik".

Jurnalist bildirib ki, Dağlıq Qarabağın Azərbaycan xalqı üçün nə qədər böyük əhəmiyyəti olmasının şahidinə çevrilib:

"Çoxlu sayda məcburi köçkünlərlə görüşdük. Qaçqınlar həmişə hər yerdə eyni olurlar: qəm-qüssə, əzab-əziyyət. Onlar məcburən torpaqlarını tərk etməli olublar. Müsahibə götürdüyüm hər bir məcburi köçkünlə şəxsi söhbətimdə Dağlıq Qarabağın Azərbaycan xalqı üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşdüm.

Müsahiblərimin hamısı vətənlərindən böyük fəxr hissi ilə danışırdılar. Bir məcburi köçkün qadın ermənilərin düşmən olduğunu bildirdi.

Çünki birinci Qarabağ müharibəsində ermənilər onun həyat yoldaşını qətlə yetirmişdilər. Lakin heç bir müsahibim qisas almaqdan danışmırdı. Onların hamısı bir ağızdan ədalətin bərpa olunduğunu bildirirdilər". (Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO