Rusiya və Çin liderlərindən nüvə silahından istifadə ilə bağlı BİRGƏ BƏYANAT 

Rusiya və Çin liderlərindən nüvə silahından istifadə ilə bağlı BİRGƏ BƏYANAT 

Hazırda oxunan: Rusiya və Çin liderlərindən nüvə silahından istifadə ilə bağlı BİRGƏ BƏYANAT 

126679

Rusiya və Çin qalib tərəfin olmayacağı nüvə müharibəsinin başlanmasının yolverilməz olduğunu bəyan edərək, bütün nüvə güclərini öz ərazilərindən kənarda silah yerləşdirməməyə çağırıb. 

Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpinin birgə bəyanatında qeyd olunub. 

“Tərəflər bir daha bəyan edirlər ki, nüvə müharibəsində qalib ola bilməz və bu, heç vaxt baş verməməlidir”, - bəyanatda qeyd olunub. 

Bundan əlavə, sənəddə tərəflər Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə (NPT) üzrə öhdəliklərinə sadiq olduqlarını təsdiqləyib və bu Müqavilənin qorunması və möhkəmləndirilməsi məqsədilə “səyləri əlaqələndirməyə davam edəcəklərini” vəd ediblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO