ABŞ Dövlət Departamenti Ermənistanda 2022-сi ildə insan haqlarının vəziyyəti ilə bağlı hesabat dərc edib.
Bizim.Media “news.am”a istinadən xəbər verir ki, hesabatda Ermənistanda insan haqlarının pozulması halları yer alıb.
Dövlət Departamenti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıqları, pis həbsxana şəraitini, əsassız həbsləri və söz azadlığının məhdudlaşdırılması hallarını təqdim edib.
Hesabatda həmçinin vurğulanır ki, ölkədə tikinti, dövlət idarəçiliyi, parlament, məhkəmə sistemi və satınalmalar da daxil olmaqla bir çox sektorlarda sistemli korrupsiya irsi var.
Həmçinin dövlət vəsaitlərinin mənimsənilməsi və dövlət məmurlarının iştirakı ilə şübhəli kommersiya fəaliyyəti ilə bağlı ittihamlar irəli sürülüb.
Hesabatda Ermənistanda xüsusilə gender, cinsi oriyentasiya və əlillik baxımından ayrı-seçkilik probleminə də toxunulur. Hesabata görə, Ermənistanda ayrı-seçkiliyə qarşı qanunlar mükəmməl deyil və həssas qrupları müdafiə etmir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
20:49 / 21.03.2023
ABŞ-dan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı HESABAT
Hazırda oxunan: ABŞ-dan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı HESABAT
Hazırda oxunan: ABŞ-dan Ermənistanda insan hüquqlarının pozulması ilə bağlı HESABAT
126673
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.