Çin Prezidenti Rusiyada – Ukraynadakı vəziyyət müzakirə olunacaq

Çin Prezidenti Rusiyada – Ukraynadakı vəziyyət müzakirə olunacaq

Hazırda oxunan: Çin Prezidenti Rusiyada – Ukraynadakı vəziyyət müzakirə olunacaq

126479

Çin Xalq Respublikasının sədri Si Cinpin Prezident Vladimir Putinin dəvəti ilə Rusiyada səfərdədir. 

Bizim.Media xəbər verir ki, məlumatı Kremlin Mətbuat xidməti yayıb. 

Səfər çərçivəsində Moskva və Pekin arasında əhatəli tərəfdaşlıq əlaqələri və strateji əməkdaşlığın inkişafı məsələləri müzakirə olunacaq. 

S.Cinpin və V.Putin iki ölkə arasında əməkdaşlığın dərinləşdirilməsi kontekstində fikir mübadiləsi aparacaqlar. Həmçinin bir sıra ikitərəfli mühüm sənədlərin imzalanması da nəzərdə tutulub. 
Səfər çərçivəsində Ukraynadakı vəziyyət və başqa beynəlxalq məsələlərin də müzakirə olunacağı gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO