“Exit-poll”: Qazaxıstanda altı partiya baryeri keçib

“Exit-poll”: Qazaxıstanda altı partiya baryeri keçib

Hazırda oxunan: “Exit-poll”: Qazaxıstanda altı partiya baryeri keçib

126418

Qazaxıstanda keçirilən seçkilərdə hakim “Amanat” partiyası 53,46% səs toplayır, ümumilikdə 7 iştirakçı siyasi qüvvədən 6-sı parlamentə gedir.

Bizim.Media xəbər verir ki, bunu Avrasiya İnteqrasiya İnstitutunun keçirdiyi “Exit-poll”un məlumatları sübut edir.
 

MÖVZU İLƏ BAĞLI:

Qazaxıstanda bir nəfər özünə divan bağlayaraq seçkiyə gəldi - ANBAAN VİDEO


Qeyd olunub ki, Qazaxıstan “Xalq” Partiyası 6,25%, “Ak Jol” (“İşıqlı yol”) Demokratik Partiyası - 7,87%, “Aul” (“Kənd”) partiyası - 10,52%, sahibkarlar qrupunun yaratdığı “Respublika” partiyası 8,9% səs toplayıb.

Həmçinin ilk dəfə olaraq müxalifətdə olan “Milli Sosial Demokrat” Partiyası 5,31% səslə parlamentə daxil ola bilər. 

Qazaxıstanın Yaşıllar Partiyası “Baytak” 3,22% səs toplayaraq tələb olunan 5%-lik baryeri keçə bilmir. Sorğuda 30 min adam iştirak edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO