Rusiya Dumasının spikeri Sergey Narışkin Ermənistana səfər edib.
xa0
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
xa0
Səfər çərçivəsində Narışkin Ermənistan prezidenti Serj Sərkisyanla Erebuni hərbi aerodromunda görüşüb. Bundan sonra hər iki siyasətçi rus pilotlarının uçuşlarını izləyiblər. Sərkisyan və Narışkinə həmçinin Erebunidəki hərbi helikopterkər və təyyarələr də nümayiş etdirilib.
xa0
Qeyd edək ki, Narışkinin rəhbərliyi ilə Rusiya nümayəndə heyətinin İrəvana səfəri dünən baş tutub. Səfərdə əsas məqsəd Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Parlament Assambleyasının iclasında iştirakdır.
xa0
Sərkisyan bir neçə gün öncə Rusiyaya səfər edib, Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
xa0
Erebuni hərbi aerodromu İrəvan yaxınlığında yerləşir. Bu aerodrom birbaşa Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasına tabedir. Aerodrom 1995-ci ildən Rusiyanın ixtiyarındadır.






























































































