İtaliya yenidən COVİD-19 krizisinə girir

İtaliya yenidən COVİD-19 krizisinə girir

Hazırda oxunan: İtaliya yenidən COVİD-19 krizisinə girir

1261

İtaliyada epidemioloji vəziyyətin pisləşməsi səbəbindən oktyabrın 26-dan məhdudiyyətlər artırılır.

Bizim.Media  “L'Opinione”ə istinadən xəbər verir ki, sabahdan yeni qaydalara uyğun olaraq bütün kinoteatr, teatr, idman zalları və hovuzlar bağlanacaq.

İtaliya Baş Nazirinin Mətbuat xidməti oktyabrın 24-də belə xəbərdarlıqla çıxış edib.

Restoran və barlar isə axşam 6-ya qədər fəaliyyətdə olacaq. Maska və məsafə məsələsi öz qüvvəsini saxlayacaq.

Qeyd edək ki, İtaliyada bu günə qədər 504 min 509 nəfər koronavirusa yoluxub, 37 min 210 nəfər vəfat edib. 264 min 117 nəfər isə xəstəlikdən sağalıb.

 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO